Qubada kanatın qırılması ilə bağlı icra başçısından – Şok Açıqlama

Qubada kanatın qırılması ilə bağlı icra başçısından – Şok Açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

Qubada bir nəfərin ölməsi, 4 nəfərin yaralanması ilə bağlı xəbər vermişdik. Hadisənin hansı səbəbdən baş verməsi isə hələki bəlli deyil.

A24.Az xəbər verir ki, Baş verən hadisə ilə bağlı Bizimyol.info – nun əməkdaşı Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə əlaqə saxlayıb. O hadisə haqda olduqca qəribə danışaraq, qəzet sayt oxumadığını bildirib.

“Siz bu haqda məlumat almaq istəyirsiz? Mən nə qəzet oxuyuram, nə də sayt. Qısası budur…Qardaş, mən qəzet oxumuram. Nə baş verirsə mən də camaat kimi televiziyadan məlumat alıram.” -Deyə icra başçısı bildirib.

Jurnalist bir daha Qubada kanatda baş verən hadisəni xatırladaraq bu barədə məlumatlısınızmı? Hadisə hansı səbəbdən baş verib? sualına icra başçısı “aha…aha…” deyə cavab verib, daha sonra isə dəstəyi asıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar