A24 Xeber

Qubadlı yolunda 4 erməni hərbçi öldü, yaralılar var

Qubadlı yolunda 4 erməni hərbçi öldü, yaralılar var
201
07 Noyabr 2018 - 22:36

Erməni hərbçiləri daşıyan yük maşınının qəzaya düşməsi nəticəsində ölənlərin sayı 5-ə çata bilər.

A24.Az Azvision.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan qəzanın təfərrüatları ilə bağlı mətbuata açıqlamasında yük maşınında ümumilikdə 21 hərbçinin olduğunu deyib.

Onun sözlərinə görə, ölənlərdən savayı, 8 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan birinin vəziyyəti isə ağırdır.

“Yaralı hərbçilərin bir hissəsi Gorusdakı xəstəxanaya, digərləri isə Sisiana aparılıb. İlkin ehtimala görə, yaralılardan birində ciddi sınıqlar var.”

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00