Qubanın ağ alması niyə çürüməlidir? - Dünya bazarına çıxmağın yolları

Qubanın ağ alması niyə çürüməlidir? – Dünya bazarına çıxmağın yolları
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan  bağçılıq üçün  əlverişli iqlim qurşağında yerləşir.  Ölkənin regionları meyvə və bağçılıq məhsullarına görə tam ixtisaslaşıb.Məsələn, Qubanı ağ almasına görə tanıyırıq. Quba respublikanın ən iri və ənənəvi meyvəçilik rayonudur. Qubanın ağ alması, dağ alması, sıqanka, sarıturş və cırhacı kimi ənənəvi alma sortları əsrlər boyu süfrələrin bəzəyinə çevrilib. Bəs indi necə, Qubanın alma sortlarını dünyada tanıda bilirikmi?

Bu mövzuda yazmaqda məqsədimiz qeyri-neft sektorlarının inkişafında yaranan problemlərin aşkara çıxarılmasıdır.   

Qubada alma çürüyərkən, bazarlarımızda alıcılara bəh-bəhlə  dəyişdirilmiş almalar təklif edilir. Payız fəslində Quba sakinləri almalarını bazara çıxarda bilmirlər. Ən yaxşı halda tonlarla alma Rusiya bazarlarına göndərilir,  onun da yarısı müəyyən problemlərə görə yolda çürüyür. Alma ya torpağın,  ya axar çayın qisməti olur.

Qubada meyvəçiliyin inkişafında hansı problemlər var?

Картинки по запросу Quba alması

Statistikaya görə,  hazırda Qubada 20 min hektara yaxın meyvə bağı var.  Bunun da 15 min hektarı alma bağlarıdır. Son illərdə isə 5 min hektardan çox yeni meyvə bağları salınıb. Həmin bağlarda  olan cırhacı, sarıturş, şirvan gözəli, qızıləhmədi, aybı, sinab, qəndisinab, qaraturş kimi ənənəvi meyvə sortları ilə yanaşı, xaricdən gətirilərək rayonlaşdırılmış yüksək məhsuldar sortlar yetişdirilir.

A24.Az olaraq Qubanın almaçılıqda yaşadığı problemlərlə maraqlandıq. Əhməd Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun bitkilərin mühafizəsi şöbəsinin müdiri Mədət Qurbanov ilk növbədə Quba fermerlərinin rastlaşdığı problemlərə aydınlıq gətirdi.

“Bir fermer kimi biz almanı Rusiyadan çıxardanda problemlərlə üzləşirik. Məhsulumuzu istər xarici, istərsə də daxili bazara sərbəst çıxarda bilmirik. Quba almaları daha çox Rusiya bazarına çıxardılır. Yolların bağlı olması,  daşınmanın baha qiymətə başa gəlməsi kəndlilərin qəpik-quruş qazanmasına səbəb olur.  Əldə edilən gəlir çəkilən xərclərdən qat-qat aşağıdır”.

Ekspert bildirir ki,  alma bağları 1960-70-ci illərdə salınıb. “Köhnə ağaclar yeniləri ilə əvəz edilməlidir. Kəndçinin ağacları dəyişdirməyə maddi gücü çatmır”.

Картинки по запросу konserv zavodu alma

Emal zavodları yoxdur

Məhsulların çürüməməsi üçün emal zavodları fəaliyyət göstərməlidir. M. Qurbanov qeyd edir ki, Qafqaz konsern zavodu tam gücü ilə işləsə, Quba almaları  çürüməz.  “Məhsulun tonunu çox aşağı qiymətə  40-50 manata götürürlər. Bu da kəndliyə sərf etmir.  Günlərlə qalan meyvə çürüyüb gedir. Halbuki, aşağı sort meyvələrdən kampot, cem, mürəbbə hazırlamaq mümkündür”.

Fermerlərin rastlaşdığı problemlərdən biri də Quba rayonu, eləcə də ətraf rayonlarda mini emal sexlərinin olmamasıdır.  Ekspert bildirir ki,  mini emal sexləri fəaliyyət göstərsə, kəndlinin, fermerin min bir əziyyətlə becərdiyi alma çürüyüb,  çaylara tökülməz.  “Halbuki,  həmin məhsullar vaxtında emal edilərsə kəndli həvəsdən düşməz,  bağçılığın inkişafında maraqlı olar”.

Картинки по запросу Quba alması

Yerli sortları tanıda bilmirik

Qubada almaçılığın inkişaf etdirilməsində yaranan problemlərdən biri də bağlarda yeni ağacların əkilməsindən sonra köhnə alma sortlarının  xarici bazar üçün uyğun olmamasındadır. M. Qurbanov qeyd edir ki,  yeni salınan bağlardan əldə edilən məhsulla yalnız daxili bazarı təmin edə bilirik. “Bizim alma sortlarımız tanınmır deyə, məhsulumuz xarici bazarlara gedə bilmir. Təzə bağlarda yetişdirilən, məsələn cırhacı, sarıturş kimi alma sortlarımız xarici bazarlara düşə bilmir. Yerli sortlarımızdan gəlir az olur deyə,  bazarlara çıxarılmır. Rusiya bazarı simerinka sortunu yaxşı tanıyır və alıcıları da kifayət qədərdir. Digər qədimi sortlar isə kölgədə qalır, inkişaf etdirilə bilmir.  Alma bağlarının 30-40 faizi simerinka sortundan alınıb. Yerli sortlarımız da inkişaf etdirilməlidir. Bunun üçün kəndçiyə maddi vəsait ayrılmalıdır ki, kəndçi bağına baxa, orda dəyişiklik edə bilsin və ya yeni sortlar ala bilsin. Bunlar bu gün vacib şərtlərdir”.

Suvarma problemi

Похожее изображение

Qubada meyvə bağlarının suvarılması üçün ənənəvi qaydadan istifadə edilir.  Yeni suvarma üsulundan istifadə etmək üçün maddi vəsait çatışmazlığı var.  Təbiidir ki, su probleminin olması kəndlinin əməyinin heçə sayılması deməkdir. Min bir əziyyətli becərdiyin məhsul quraqlığın qurbanına çevrilir.

Qubanın almasını tanıtmaq üçün nələr edilməlidir?

Əhməd Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun bitkilərin mühafizəsi şöbəsinin müdiri Mədət Qurbanov qeyd edir ki,  Qubada almaçılığın inkişaf etməsi, dünya bazarında quba sortlarının tanınması üçün;

Birinci növbədə,  meyvəçilikdə ziyanverici həşratların qarşısnı almaq üçün  satılan dərmanlar baha başa gəlir. Kəndlinin həmin dərmanları almağa pulu çatmır.

Картинки по запросу alma bağları

İkincisi, məhsulun satışa çıxarılması, realizə olunmasında, yəni pula çevrilməsində böyük problemlər var.  Bu gün bizim bazarımız Rusiyadır. Məhsulu bazara çıxartmaq çox çətindir. Xərc gəliri üstələyir.

Üçüncüsü, alma bağları köhnədir. Yeni bağlar salınmalıdır.

Dördüncü, mini emal zavodları olmalıdır. Emal zavodları zəif işləyir. Əla sortu yaxşı satırıq, amma ikinci və üçüncü sortu sata bilmirik. Xarab olur, çaya tökülür.  Bunların qarşısı alınmalıdır.

Saxlanma kameraları yeniləri ilə əvəz edilməlidir. Quba-Xaçmaz, Şabran bölgəsində 5-10 min tonluq 30-35-ə yaxın saxlanma kameraları tikilib. Kameralarda məhsulun 1 tonu aylıq olaraq 40 manata başa gəlir. Lakin saxlanma kameralarındakı soyuducular Sovet dövrünün texnologiyasıdır deyə, məhsulu yaxşı saxlamır, çürümə gedir, qaralır. Yəni soyuducularında müəyyən hissəsi müasirləşməlidir”.

Картинки по запросу Quba alma bayramı

2012-ci ildən oktyabrın 8-i Qubada “Alma bayramı” kimi qeyd edilir. Hər il təntənəli şəkildə keçirilən bayramda Qubanın almaçılıq ənənəsi yerli və xarici qonaqlara təqdim edilir. Bayramın keçirilməsində məqsəd bu sahəyə diqqətin artırılmasıdır. Azərbaycanın hər bir bölgəsində iqtisadiyyatın inkişafına kömək edən sahələr var. Sadəcə olaraq həmin sahələrin inkişaf etdirilməsi üçün neftin tükənməsini gözləmək lazım deyil.

Vüsalə Əlövsətqızı, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, İqtisadiyyat, Araşdırma, Layihələr
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar