Qüdrət Şükürovun yerinə təyin olunan baş direktor vəzifəsinin icrasına başladı

Qüdrət Şükürovun yerinə təyin olunan baş direktor vəzifəsinin icrasına başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin olunan Xalid Ələkbərov vəzifəsinin icrasına başlayıb.

Bu barədə A24.az-a “Lifttəmir” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilirb ki, X.Ələkbərov “Lifttəmir” İstehsalat Birliyinin Baş direktoru vəzifəsinin müvəqqəti icrasına başlayıb.

Qeyd edək ki, X.Ələkbərov bu vəzifəyə təyin olunana qədər Bakı Şəhəri İcra Hakimiyyətində şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

Xatırladaq ki, adı qalmaqallarda hallanan Qüdrət Şükürov bir neçə gün bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.  Q. Şükürov barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb.

O, mətbuatda qızına 400 minlik toy etməsindən sonra gündəmə gəlmişdi.

Səid Qərib

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar