Quldurluq edən gözəl qızın yeni fotoları yayıldı – Belə cani olar? – FOTOLAR

Quldurluq edən gözəl qızın yeni fotoları yayıldı – Belə cani olar? – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən gün quldurluq üstündə yaxalanan gənc qızın yeni fotoları yayılıb.
A24.Az xəbər verir ki, gözəlliyi ilə daha çox diqqət çəkən Səidə Kərimova sosial mediada gündəm olub. İnsanlar gənc və gözəl qızın belə çirkin əməl üstündə yaxalanmasına heyfslənir, bu əməlin onun simasına yaraşmadığını deyir.
Qeyd edək ki, Səidə Kərimova quldurluğu tanışı İsrafil Hüseynovla birgə törədib. Belə ki, dostlar 37 yaşlı İsayeva Yeganə Sabir qızını metronun çıxışında izləməyə başlayıblar və “Neftçilər” metrostansiyası yaxınlığında, Rüstəmov küçəsindəki binanın girişində ona hücum edərək pulqabısını əlindən alıblar. Lakin Yeganə İsayeva cəld tərpənərək Səidə Kərimovanın saçlarından tutmağı bacarıb. Ətrafa toplaşan insanların köməkliyi ilə o, polisə təslim edilib. Hadisə yerindən qaçan İsrafil Hüseynov isə 1 gün sonra ələ keçib.
Cütlüyün ələ keçirmək istədiyi pulqabında cəmi 6 manat nağd pul və bank kartları olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar