Qulu Məhərrəmli çapı qadağan olunan "İslamda Yoxdur!" haqda: "Bir kitab ortaya çıxırsa və onu qadağan edirlərsə, bu, fövqəladə hadisədir"

Qulu Məhərrəmli çapı qadağan olunan “İslamda Yoxdur!” haqda: “Bir kitab ortaya çıxırsa və onu qadağan edirlərsə, bu, fövqəladə hadisədir”
Want create site? Find Free WordPress Themes and plugins.

Tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli Elşad Mirinin “İslamda Yoxdur!” kitabının çapının qadağan olunmasını fövqəladə hadisə adlandırıb. 

Bu barədə jurnalist “A24.az”a açıqlamsında bildirib. Elşad Mirini çox səviyyəli, müasir dünyagörüşlü ilahiyyatçı alim kimi tanıdığını deyən Qulu Məhərrəmli onu cəmiyyətdə sözü, fikri olan insanlardan biri kimi dəyərləndirib:

“Amma kitabı niyə qadağan olunub, onunla bağlı dəqiq məlumatım yoxdur. Yəni onu qadağan edən adamlar hansı arqumentlərə əsaslanır?! Kitabın mahiyyəti ilə bağlı heç bir məlumatım yoxdur, çünki o sahənin mütəxəssisi deyiləm. Amma bir kitab ortaya çıxırsa və onu qadağan edirlərsə, bu fövqəladə və çox nadir hallarda olan bir hadisədir. Ona görə də hesab edirəm ki, bütün hallarda ifadə azadlığı cəmiyyətdə yerini almalıdır, bu və ya başqa məsələlərlə bağlı fərqli fikirlər olmalıdır. Əlbəttə, bəzi müqəddəs sərhədlər var ki, onları keçməmək şərti ilə insanlar bu və ya başqa məsələyə münasibətdə öz fikirlərini azad, sərbəst şəkildə ifadə etməlidirlər. Kitab qadağası, ümumiyyətlə, istənilən cəmiyyətdə söz, fikir və düşüncə azadlığına qarşıdır. Ona görə də bu addımı atanda çox diqqətli olmaq lazımdır.

İlahiyyatçı Elşad Miri ilə dini komitə arasındakı münasibətləri bilmədiyimə görə, sözün düzü, nəsə deməyə çətinlik çəkirəm. Kitabın məzmunundan xəbərdar olsaydım bəlkə nəsə deyə bilərdim. Bunu daha çox ilahiyyat üzrə mütəxəssislər deyə bilər. Amma düşünürəm ki, “hə” və ya “yox” demək üçün ciddi arqumentin olmalıdır. Hər halda Elşad Mirini cəmiyyət üçün çox qiymətli, düşüncə adam hesab edirəm. Onunla bir dəfə verilişdə də görüşmüşəm, yəni çox ağıllı, zəkalı, düşüncəli, predmeti bilən, bu sahədə mükəmməl biliyi olan insanlardan biridir”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar