”Ququşa qarşı kampaniya başlamalıdır” - Elnur Eltürk

”Ququşa qarşı kampaniya başlamalıdır” – Elnur Eltürk
Want create site? Find Free WordPress Themes and plugins.

“Cənubi Azərbaycandan olan müğənni Ququş Ermənistanda konsert verməsinə qarşı, Dünya Azərbaycanlıları etiraz səsini qaldırmalıdır.”

A24.Az xəbər verir ki, bu sözləri jurnalist Elnur Eltürk bildirib.

“Əgər, məlumat düzdürsə, Ququşun Ermənistanda konsert verməsi düzgün deyil. Özünü azərbaycanlı sayan bir şəxsin Ermənistanda konsert verməsi nə qədər düzgün ola bilər? Bu, Zəhraları öldürən, Qarabağı işğalda saxlayan bir dövləti sevindirmək deməkdir. Bu məsələdə diaspor təşkilatlarımız fəal olmalıdırlar. Hər kəs Ququşun elektron ünvanına və ya sosial şəbəkələrdə olan hesablarına öz etirazını bildirərsə, müğənni bu addımından geri çəkilə bilər”.

Qeyd edək ki, ifaçı İnstaqram paylaşımında avqustun 31-də İrəvanda səhnəyə çıxacağını “Tarix yazmaq” adlandırıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar