Quraqlıq və isti hava şəraitində necə davranmalı? - FOTOLAR

Quraqlıq və isti hava şəraitində necə davranmalı? – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Quraqlıq – havada yüksək hərarət və  aşağı rütubət  müşahidə edilən uzunmüddətli , yağıntıların olmaması və ya çatışmazlığı ilə seçilən bir şəraitdir.            

Həddən artıq isti isə ətraf havanın orta müsbət temperaturlarının bir neçə gün ərzində 10 və ya daha çox dərəcəni aşması ilə xarakterizə edilir.

Похожее изображение

Bu zaman təhlükə insan bədəninin həddən artıq qızmasından, yəni bədən hərarətinin Selsi üzrə 37,1 dərəcəni aşmasından və 38,8 dərəcəyə çatmasından ibarətdir. Orqanizmin uzunmüddətli və ya güclü qızması zamanı ağır vəziyyət yaranır ki, bu da isti vurma, ürək fəaliyyətinin pozulması ilə nəticələnir. Həddən artıq qızma simptomları – dərinin qızarması, selikli qişanın quruluğu və güclü susamadır. Sonradan hüşün itirilməsi, ürəyin və nəfəsalmanın  dayanması da müşahidə edilə bilər.

Bəs isti hava şəraitinə necə hazırlaşmaq lazımdır?

Похожее изображение

İlk növbədə içməli su ehtiyatı yaradılmalıdır. İsti hava şəraitinə uyğun geyim, məişət elektrik cihazlarını (ventilyatorları, kondisionerləri) saz vəziyyətə gətirin. Kənd yerindəsinizsə, talvar və çardaqlar, kölgəli köşklər düzəldin, pəncərələri pərdələyin. Sudan qənaətlə istifadə edin. Ailə üzvlərinizlə birlikdə isti vurmada ilkin yardımın  göstərilməsi üsulları ilə tanış olun.

Похожее изображение

Güclü istilər düşdükdə hərarətin təsirindən qaçın. Açıq rəngli, hava keçirən geyimlərdən, eləcə də papaqdan (ləçəkdən) istifadə edin. Yadda saxlayın ki, yanmış dəri artıq tər ifraz etmir və soyumur.

Картинки по запросу isti hava

Tələsmədən yüyürün, yüyürdükdə isə küçənin  kölgəli tərəfini  seçin. Həddən artıq isti havada pivə və alkoqollu içkilərdən istifadə etməyin, çünki bu ümumi halınızın daha da pisləşməsinə gətirib çıxarar. İstilikdə  duzdan əlavə olaraq istifadə  zərurətini həkiminizlə məsləhətləşin. İstilik vurmada dərhal kölgəyə və ya küləkli bir yerə çəkilin və ya duş qəbul edin, tələsmədən çox miqdarda su için. Bədəninizin hərarətini hər vasitə ilə yendirməyə çalışın.

Картинки по запросу isti hava

Hüşünü itirən olduqda dərhal reanimasiya tədbirlərinə keçin (ürəyin massajı, süni tənəffüs).

Yaddan çıxarmayın ki, güclü istilər yanğınlara da səbəb olur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar