Qurban Qurbanov sabah milliyə məşqçi təyin edilə bilər

Qurban Qurbanov sabah milliyə məşqçi təyin edilə bilər
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

A24.Az xəbər verir ki, iclasın əsas mövzusu,  milli komandaya təyin ediləcək yeni baş məşqçi ilə bağlıdır.

Gündəmi izləyənlər yaxşı bilir ki, Prosineçkinin gedişindən sonra millinin baş məşqçi postuna real namizəd,  Qurban Qurbanovdur. Hətta komitə üzvlərindən Vaqif Sadıqov da A24.Az-a açıqlamasında, açıq- aşkar vurğulamışdı ki, yerli mütəxəssislərdən namizədləri Qurban Qurbanovdur və təcrübəli mütəxəssisin buna yox demək kimi bir şansı yoxdur.

ATV telekanalının aparıcısı Sənan Şəfizadənin də “Facebook” statusunu nəzərə alsaq, doğru yolda olduğumuzu demək olar. Belə ki, aparıcı da statusunda, milliyə yeganə real namizədin Qurban Qurbanov olduğunu bildirib.

Futbola bir balaca marağı olanlardan tutmuş, qatı azarkeşlərə qədər, hamını  bir sual maraqlandırır: Qurbanov millinin baş məşqçi postuna təyin olunarsa, “Qarabağ” futbol klubunun taleyi necə olacaq və ya bu futbol klubunun uğurlu fəaliyyətinə əngəl yaradacaqmı?

Millət vəkili Aqil Abbas açıqlamasında bu məsələyə toxunub. Millət vəkili Qurban Qurbanovun milliyə məşqçi gəlməsinə tərəfdar olmadığını bildirib.

“Qurban ağıllı oğlandı, milliyə gəlməz. Nəyə lazımdır ki, yığmaya baş məşqçi gəlsin? “Qarabağ”ı gətirib bu cür səviyyəyə çatdırırb. Avropada doludu avaralar, gətirib birini milliyə baş məşqçi təyin edəcəklər də. Qurban Qurbanov razılıq versə belə, milli ilə yanaşı, “Qarabağ”a da rəhbərlik etməlidir. Lobanovski vaxtı Kiyev “Dinamo”sunun da baş məşqçisi idi, SSRİ-nin də. Ya ikisini də birlikdə yönəltməlidir, ya da gəlməz. Qurban milliyə gəlsə, “Qarabağ” məhv olacaq. Bunu sizə səmimi qəlbdən deyirəm”- deyə millət vəkili əlavə edib.

Nərmin Kərim, A24.Az

 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar