Qusar “Azərbaycanın Folklor Paytaxtı” seçildi

Qusar “Azərbaycanın Folklor Paytaxtı” seçildi
Want create site? Find Free WordPress Themes and plugins.

2016-cı il üçün Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilib.

“A24.az” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2016-cı il üçün Qusar şəhərinin “Azərbaycanın Folklor Paytaxtı”nın təqdimat mərasimi sabah keçiriləcək.

2010-cu ildən tətbiq edilən “Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən “əfsanələr”, “folklor”, “sənətkarlıq” və bu kimi nominasiyalar üzrə “paytaxt” seçilmiş şəhərlərdə milli folklor ustaları və kollektivləri, xalq sənətkarları yeni yaradıcılıq nailiyyətləri əldə edilib, xalqın tarixi yaşam tərzinin, milli bayram və adət-ənənələrin qorunması üçün əhəmiyyətli işlər görülüb.

Bu illər ərzində Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən “Azərbaycanın Folklor Paytaxtı”, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron “Azərbaycanın Sənətkarlıq Paytaxtı”, habelə Şamaxı “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar