Qusar rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

Qusar rayonunda maarifləndirmə tədbiri keçirilmişdir
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında maarifləndirmə tədbirlərinin təşkil edilməsi” adlı layihə çərçivəsində Qusar rayonunda maarifləndirmə tədbiri keçirilib.

Mərkəzin rəhbəri Pərvin Məmmədova isə öz çıxışında belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Qusar Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. O, layihənin məqsədi barədə məlumat verərək həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

Tədbirdə ekspert qismində iştirak edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katib vəzifəsini müvəqqəti icra edən Leyla Məmmədova öz çıxışında Azərbaycanda ana və uşaq sağlamlığının qorunması işinin aktual bir problem kimi  daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb, bu sahədə həyata keçirilən dövlət siyasəti, eləcə də reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə ətraflı məlumat verib. Leyla Məmmədova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hal-hazırda dünyanın bir sıra ölkələrində doğulan uşaqların cinsə görə nisbətinin pozulması hallarının artması cəmiyyətdə böyük narahatlığa səbəb olan problemlər sırasındadır. Bəzi ailələrdə daha çox oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.

Müzakirələr zamanı çıxış edən ginekoloq-həkimlər bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, həmçinin belə tədbirlərin davamlı olmasını və ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri ilə də keçirilməsini təklif ediblər.

Tədbirin sonunda müraciət edən qadınlara fərdi qaydada məsləhət xidmətləri göstərilib.

Mətbuat xidməti

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar