A24 Xeber

Qusarın 60 yaşlı icra başçısı Prezidentin onu təltif etməsindən DANIŞDI

Qusarın 60 yaşlı icra başçısı Prezidentin onu təltif etməsindən DANIŞDI
536
05 Dekabr 2018 - 17:36

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Prezident İlham Əliyev tərəfindən “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsindən danışıb.

İcra başçısı A24.az-a açıqlamasında təltifə görə Azərbaycan Prezidentinə təşəkkür edib: “Allah cənab Prezidentin canını sağ eləsin. Minnətdaram ki, bizim əməyimizi qiymətləndirib. Nə deyə bilərik ki? Ancaq dövlət başçısına minnətdar ola bilərik. Biz hər zaman ölkə başçısına və xalqımıza sadiq olduğumuzu nümayiş etdirmişik. Bundan sonra da həvəslə öz işimizi görəcəyik və vəzifəmizi layiqincə icra edəcəyik”.

O, səhhətində heç bir problemin olmadığı və bundan sonra daha da həvəslə işlədiyini bildirib: “Sağlamlığımda heç bir problem yoxdur. İşimdən də yorulmamışam. Biz canımızla, qanımızla bu dövlətə xidmət etməyə hazırıq. İşlərimiz də yaxşıdır. Qusarda da hər şey qaydasındadır”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Qusarın icra başçısı Şair Balaşərif oğlu Alxasovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Xatırladaq ki, Qusar Rayon İcra Hakimiyyəinin başçısı Şair Alxasovun 60 yaşı tamam olur.

A24.az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00