Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib - YENİLƏNİB

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib – YENİLƏNİB
Want create site? Find Free WordPress Themes and plugins.

Xalq artisti, diktor Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib.

A24.az xəbər verir ki, xalq artistinin cənazəsini Almaniyadan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Cənazəni mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.

Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq.

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib.

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

***

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun nəşi bu gün Almaniyadan Azərbaycana yola salınıb.

Bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq.

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar