"Rahat" marketin qabağında parklama zonası açdılar - Hamı tıxacda qaldı - FOTO/VİDEO

“Rahat” marketin qabağında parklama zonası açdılar – Hamı tıxacda qaldı – FOTO/VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“RAHAT” market ilə bağlı sosial şəbəkədə müzakirəyə səbəb olan xəbər yayılıb.

A24.Az xəbər verir ki, Bakı-Xırdalan yolunda yerləşən “RAHAT” marketin qabağında parklama yeri istifadəyə verilib. Yeni parklama yeri narazılıqlara səbəb olub.

Prodüser Tarix Əliyev (Tolik) də narazılığını dilə gətirib. O, “İnstagram” səhifəsində həmin yerdən video çəkərək paylaşıb.  Prodüserin  sözlərinə görə, əvvəl burada belə bir parklama yeri olmayıb.

“Xidmətin haqqı 20 qəpik təşkil edir. Gün ərzində tıxacın ən çox olduğu ərazidə niyə belə bir xidmət istifadəyə verilib ki?” – deyə o etirazını bildirib.

Məsələ ilə bağlı “RAHAT” market ilə əlaqə saxladıq.

Marketlər şəbəkəsindən A24.Az-a verilən açıqlamaya görə, sözügedən parklama yeri onların səlahiyyətində deyil.

“Bu barədə xəbərim var. Lakin sözügedən parklama yeri bizim deyil. Onu Bakı Şəhəri İcra Hakimiyyəti qoyub. Ümumiyyətlə, bu məsələyə həmin qurum baxır. Onlardan başqa heç kəsin belə bir xidmət təklif etməyə  ixtiyarı yoxdur”, – deyə marketdən bildirdilər.

Minirə Qubatova // A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar