Ralli yarışında motosikletçini ildırım vurdu

Ralli yarışında motosikletçini ildırım vurdu
Want create site? Find Free WordPress Themes and plugins.

Cənubi Amerikada keçirilən “Dakar” ralli marafonunda slovakiyalı motosikletçi İvan Yakeşi ildırım vurub.

“A24.az”ın “report”a istinadən verdiyi məlumata görə, insident Argentinanın San-Salvador-de-Jujuy şəhəri yaxınlığında rallinin üçüncü mərhələsi zamanı yaşanıb.

İdmançı ayağından birini motosikldən yerə qoya bilib. Bunun sayəsində elektrik cərəyanı ona təsir etməyib. Hazırda Yakeş özünü yaxşı hiss edir və rallidə iştirakını davam etdirmək arzusundadır. Bu məsələ onun kompleks müayinəsindən sonra həllini tapacaq.

521 km məsafəlik növbəti mərhələ yürüşü bu gün San-Salvador-de-Jujay və Tupisa şəhərləri arasında keçiriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs