Ramil Usubov İsraildə rəsmi səfərdə olub

Ramil Usubov İsraildə rəsmi səfərdə olub
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə rəsmi səfərdə olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edən səfər çərçivəsində Ramil Usubov və onu müşayiət edən şəxslər Təl-Əviv şəhərindəki İsrail Antiterror Mərkəzinin fəaliyyəti ilə tanışlıqdan sonra bu ölkənin Müdafiə Nazirliyinin tabeliyindəki sənaye müəssisələrində olublar.

Daha sonra daxili təhlükəsizlik naziri Gilad Erdan və müdafiə naziri Aviqdor Liberman Azərbaycan nümayəndə heyətini qəbul ediblər. Görüş zamanı regional təhlükəsizlik, beynəlxalq terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri ətraflı müzakirə edilib, iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığa dair beynəlxalq hüquqi sənədlərin qəbul olunmasının zəruriliyi qeyd olunub, hazırda “Azərbaycan Respublikasının və İsrail Dövlətinin hökumətləri arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş” layihəsinin razılaşdırılması istiqamətində səylərin davam etdirildiyi vurğulanıb. Xalqlarımızın və ikitərəfli əməkdaşlığın tarixi və perspektivləri barədə xoş sözlərinə görə cənab R.Usubova təşəkkürlərini bildirən G.Erdan və A.Liberman bir neçə gün əvvəl Azərbaycanda qeyd olunmuş Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə nümayəndə heyətimizi  təbrik ediblər. Onlar son illər ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan, beynəlxalq nüfuzunun artmasından, eyni zamanda, ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasından, azərbaycanlılarla bərabər əcnəbilərin, o cümlədən İsrail vətəndaşlarının da təhlükəsizliyinin təmini istiqamətində daxili işlər orqanları əməkdaşlarının böyük əmək sərf etdiklərindən məmnunluqlarını ifadə ediblər, bu səfərin iki dövlətin müvafiq strukturları arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

 Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar