Ramil Usubov özbaşınalıq edən rəis müavinini qovdu

Ramil Usubov özbaşınalıq edən rəis müavinini qovdu
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda rəis müavini işdən çıxarılıb. 

“A24.az”məlumat verir ki, Xətai rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis Bölməsinin (PB) rəis müavini polis mayoru Bəhruz Əliyev vəzifəsindən uzaqlaşdırılıb.

Belə ki, B.Əliyev bölmənin rəisi Vidadi Qurbanov məzuniyyətdə olduğu müddətdə xidmət yerini özbaşına tərk edərək xarici ölkələrdən birinə istirahətə yollanıb. Daxili İşlər Nazirliyi (DİN) və Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi məsələdən xəbərdar olan kimi B.Əliyev vəzifəsindən çıxarılıb.

Artıq 36-cı bölməyə yeni rəis müavini də təyin edilib. Belə ki, buna qədər 31-ci PB-də eyni vəzifədə çalışan Anar Həbibzadə, 36-cı PB-nin rəis müavini vəzifəsinə təyinat alıb.

DİN-in mətbuat xidməti B.Əliyevin sərəncama göndərildiyini təsdiqləyib.

(Report)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar