Rejissor "Qarabağnamə" filmindən imtina etdi - FİLM BU GÜN YAYIMLANIR

Rejissor “Qarabağnamə” filmindən imtina etdi – FİLM BU GÜN YAYIMLANIR
Want create site? Find Free WordPress Themes and plugins.

cavid_tevekkulKinorejissor Cavid Təvəkkül bu gün saat 21:25-də İTV-də yayımlanacaq “Qarabağnamə” filmi ilə balı maraqlı açıqlama verib.
A24.Az xəbər verir ki, rejissor çoxseriyalı bədii televiziya filmi ilə bağlı sosial şəbəkədə yazıb:
“Filmin mənəvi sahiblərindən biri olduğumdan efirdən bir neçə saat əvvəl bəzi məsələləri qeyd etmək istəyirəm. Kinoya az-çox bələd olanlar hər bir film üçün montaj mərhələsinin necə böyük əhəmiyyət daşıdığını yaxşı bilir. İstənilən filmi yenidən montaj etməklə onun ideyasını, film rejissorunun çatdırmaq istədiyi mesajları, süjet xəttini tamamilə təhrif etmək, eyni materialları müxtəlif cür montaj etməklə bir-birindən kəskin şəkildə fərqlənən filmlər yaratmaq mümkündür. Bu gün efirə gedəcək “Qarabağnamə” filminin çəkilişlərinin 70 faizi mənim rejissorluğumla çəkilib. Lakin mən bu gün yayımlanacaq “Qarabağnamə” filmi üçün heç bir məsuliyyət daşımadığımı bəyan edirəm. Çünki efirə gedəcək filminin montaj prosesində heç bir iştirakım olmayıb. Məndən sonra təyin edilən rejissorun hansı səhnələr çəkdiyini və montajı hansı prinsiplərlə apardığı haqda heç bir məlumatım yoxdur. Montaj zamanı səhlənkarlıqdan ya da başqa bir səbəbdən filmdəki faktların təhrif edilərsə mənə qarşı “yararsız rejissor”dan tutmuş “vətən xaini”nə qədər ən müxtəlif ittihamlar səslənə bilər. Kino ictimaiyyətinin və tamaşaçıların bu məqamı nəzərə almalarını xahiş edirəm. Və elə burda yenidən soruşuram: Filmin quurluşçu rejissorunun əlindən filmin alınması və onun montaj prosesindən kənarda saxlanılması hansı mənəvi və peşəkar meyarlara uyğundur? Amma Sizi əmin etmək istəyirəm ki, mən filmi başa çatdırmaq və montajı tamamlamaq üçün əlimdən gələn hər şeyi etdim. Çox təssüf ki, bürokratik rıçaqlar və bəzi insanların şəxsi nüfuzunu işə salması nəticəsində bu mümkün olmadı. Mənim vicdanım təmizdir”.

Qeyd edək ki, Cavid Təvəkkül Azərbaycan tamaşaçısına “Əzizim Fellini”, “Azarkeş”, “Sovqat”, “Dərs” və digər bir sıra filmləri ilə tanışdır.

qarabagname

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs