"Reklam üçün ailə qurmaram" - Natavan toyu haqda

“Reklam üçün ailə qurmaram” – Natavan toyu haqda
Want create site? Find Free WordPress Themes and plugins.

Müğənni Natavan Həbibi reklam xatirinə reper Dado Əliyevə (Səid) ərə getməsi xəbərlərinə münasibət bildirib.

A24.az-ın məlumatına görə, sənətçi “Lider maqazin”ə açıqlamasında bu söz-söhbətin onu çox əsəbiləşdirdiyini deyib:

“Natavanın həyatına, seçiminə heç kim müdaxilə edə bilməz. Ağlıma da şübhə ilə yanaşmasınlar. Mənim addımıma reklam kimi baxanlar özünü tanımayan insanlardır. Reklam olunası adam çox olub, lazım olsa onlarla edərdim. Gülməli söhbətlərdir. Özümü aldadan insanlardan deyiləm. Bu cür həyatda özümü görmürəm.

Sənət uğrunda hansısa reklam fikirləşmərəm, həyatımda dəyişikliklər etmərəm. Bu sənət mənim üçün heç nədir. Musiqi mənim dünyamdır. Amma şou-biznes mənim üçün sıfırdır, onun naminə heç bir addım atmaram. Reklam üçün ailə qurmaram.

Səidəmi qaldı reklam? Səid qonşum deyil. Bir insanın həyatında dəyişikliklər edirəmsə, nə xoş mənə. Mən də xoşbəxtəm. Səid məni artıq xoşbəxt edib”.

Qeyd edək ki, cütlüyün toyu sabahdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar