Renat Dadaşov millidən imtina edib

Renat Dadaşov millidən imtina edib
Want create site? Find Free WordPress Themes and plugins.

21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da səfərdə Norveç yığması ilə qarşılaşacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi komandamız artıq bu oyunun hazırlıqlarına başlayıb.

A24.az xəbər verir ki, Rəşad Sadıqov seçmə mərhələdəki sonuncu oyun üçün milliyə 24 futbolçu dəvət edib.  Bunlardan 4-ü ölkə xaricində top qovur: Ozan Can Kökçü (“Girəsunspor”, Türkiyə), Fərid Nəbiyev (“Slaviya”, Çexiya), Ziya Əzizov (“Niymegen”, Hollandiya), Barış Ekincier (“Bohum”, Almaniya).

Maraqlıdı ki, Rəşad Sadıqov millinin əsas qol silahı olan Renat Dadaşovu kənarda qoyub.  Əslində, AFFA Renatın məxsus olduğu Portuqaliyanın “Eştoril” klubuna rəsmi məktub göndərib və klub 3 gün öncə futbolçusunun milliyə dəvət aldığını açıqlayıb.  Lakin sonradan Renatın adı milliyə dəvət alan futbolçular siyahısından çıxarılıb.

Futbolpress.az saytının əldə etdiyi məlumata görə, gənc hücumçu millinin dəvətindən özü imtina edib. O, Norveçlə oyunun heç bir əhəmiyyətinin olmadığını, klubda əsas heyət uğrunda mübarizə apardığı üçün bələ qərar qəbul etdiyini bildirib.  Bundan başqa, millimizin baş məşqçisi futbolçunu intizamsız hərəkətlərinə görə milliyə dəvət etməkdə israrlı olmayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar