Repetitor yanına getmədən yüksək bal topladılar – VİDEO

Repetitor yanına getmədən yüksək bal topladılar – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Heç bir müəllim yanına getmədən hazırlaşdılar, istədikləri uğuru əldə etdilər.

A24.Az-ın xezerxeber.az-a istinadən məlumatına görə, söhbət Aytən Şirinova və Cəvahir Əmrahovadan gedir.

Zərdab rayonunun Lələağacı kənd sakinləri olan Aytən və Cavahir III qrup üzrə imtahan verərək biri 662, digəri isə 645 bal toplayıblar.

Aytən və Cavahir 9 illik təhsillərini yaşadıqları kənddə alıblar. Daha sonra təhsillərini İmadəddin Nəsimi adina olan Yarməmmədbağı kəndində orta məktəbdə davam etdiriblər.

Hər iki abituriyentin sözlərinə görə, uğura çatmaq üçün sadəcə istəmək və çalışmaq kifayət edir.

İki il 2 km-ə yaxın məsafəni qət edərək qonşu kənd məktəbinə gəlsələr də, çəkdikləri çətinlik onların istəklərinə çatmalarına mane ola bilməyib.

Məktəbin direktoru Kamal Soltanov bildirir ki, rəhbərlik etdiyi məktəbin şagirdləri son beş ildə yüksək nəticə göstərir.

Məktəbi bitirən XI sinif şagirdlərinin 50-70 % ali məktəblərə qəbul olur.

Qızların hər ikisi hansı ixtisası seçəcəklərini hələ tam müəyyənləşdirməyiblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Təhsil, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar