Rəşad Sadıqov: "Haqqınızı halal edin"

Rəşad Sadıqov: “Haqqınızı halal edin”
Want create site? Find Free WordPress Themes and plugins.

DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə qarşılaşan yığmamızın müdafiəçisi Rəşad Sadıqov üçün bu oyun milli formada sonuncu olub. 

A24.Az-ın xəbərinə görə, kapitan matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

– Təəssüf ki, milli komandada son oyunun məğlubiyyətlə nəticələndi. Nə baş verdi meydanda?

– Oyundan əvvəl də qeyd eləmişdim ki, rəqib güclüdür. Sıralamada bizdən geridə olsa da, səviyyələri şübhə doğurmayacaq komandadır. Yenə təkrar edirəm, Çexiya Şimali İrlandiyadan üstündü. Çoxlu top itkilərimiz oldu, nəticədə məğlub olduq.

– Komanda yoldaşlarınız oyundan qabaq deyirdilər ki, Rəşada görə qalib gəlməliyik. Necə düşünürsən, bəlkə həddən artıq motivasiya “yanmağınıza” səbəb oldu?

– Mən bu oyunda həddindən artıq motivasiya görmədim. Rəqib bizi üstələyirdi. Daha yaxşı oynaya bilərdik. Bu, ən yaxşı çıxışımız deyil. Təəssüflənirəm.

– Rəşad millidə nə arzulayırdı, nələrə nail oldu? Ümumiyyətlə, razı gedirsən millidən?

– Əlbəttə ki, hər bir idmançının arzusudur ki, böyük turnirdə iştirak etsin. Bu da mənim əlçatmaz arzum idi. Bu seçmə mərhələdə yaxın idik buna, ancaq Şimali İrlandiyaya məğlubiyyət hər şeyin sonu oldu. Ümumilikdə isə 16 il millidə oynamaq məncə, yüksək nəticədir. Hər futbolçu belə karyeraya sahib olmaq istəyər. Bütün komanda yoldaşlarıma, məşqçilərimə, azarkeşlərimə minnətdaram. Daha yaxşı nəticələr qazana bilərdik.

– Xəyal elədiyin bir sonluq var idi?

– Bugünkü oyunda qələbə qazansaydıq, qrupu üçüncü yerdə bitirəcəkdik. Bu da yaxşı vida olardı mənim üçün.

– Kənardan millini izləmək çətin olmayacaq ki?

– Əlbəttə ki, çətin olacaq. Ancaq bununla barışmalıyıq.

– Almaniya qarşısında oyanamasan da, heyətlə səfərə yollanacaqsan?

– Bəli, komandanın yanında olacam.

– Məyus görünürsən. Bu, məğlubiyyətə görədir, yoxsa, son oyunun verdiyi kədərdir?

– Əsas məyusluğum bugünkü məğlubiyyətə görədir.

– Sakit oldu gedişin. Hər halda 16 il millidə oynamış futbolçunun gedişi bir az fərqli ola bilərdi…

– Mən heç vaxt məğlubiyyətlə barışmamışam. Bu gün də həmçinin. Ona görə kefsizəm.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, İdman, Müsahibə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar