Rey Kərimoğlunun kitabı işıq üzü görüb: "Kod adı: Rey"

Rey Kərimoğlunun kitabı işıq üzü görüb: “Kod adı: Rey”
Want create site? Find Free WordPress Themes and plugins.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun Lent.az saytının “Kəşfiyyatçının xatirələri” layihəsində yayımlanmış yazıları əsasında hazırlanan “Kod adı: “Rey”” kitabı işıq üzü görüb.

A24.Az xəbər verir ki, kitabda müəllifin 2012-2013-cü illərdə Lent.az saytında yayılmış döyüş xatirələri yer alıb. Xatirələr müəllifin 1991-92-ci illərdi Qarabağ müharibəsində iştirakçısı olduğu hadisələrdən bəhs edir.

“Qanun” nəşriyyatında hazırlanıb çap edilən kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhməddir. 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.

“Lent.az-ın kitabxanasından” silsiləsindən nəşr edilən kitab yaxın günlərdə satışda olacaq.

Xatırladaq ki, R.Kərimoğlu 1991-93-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi çağırış kodu elə öz adı – “REY” olub.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar