Rəykkönen testlərin ikinci gününü lider kimi başa vurub

Rəykkönen testlərin ikinci gününü lider kimi başa vurub
Want create site? Find Free WordPress Themes and plugins.

Barselonada testlərin ikinci günündən hava nisbətən soyuq və küləkli olub. Komandalar dünənki ilə müqayisədə daha çox dövrə vurmağa çalışıblar. Onlar işlədikcə, yeni maşınları daha yaxşı anlayırlar. Fernando Alonsonun bu gün testlərdə iştirak etməməsi tribunadakı azarkeş sayına mənfi təsir göstərib.

Bu mövsüm hər bir sürücü dörd güc qurğusundan istifadə edə biləcək. Lakin McLaren iki gün ərzində artıq üçüncü mühərriyə keçib. İlk problem dünən meydana çıxıb və həmin mühərrik problemin səbəbinin araşdırılması üçün Honda-nın bazasına göndərilib. Honda Motorsport-un rəhbəri Yusuke Haseqava bildirib ki, problem yağ çəninin yeni formasına görə yaranmış ola bilər. Bu gün MLC32-nin sükanı arxasında Stoffel Vandorn əyləşib. Əvvəlcə hər şey qaydasında olub, lakin sonra mühərrik güc itirib. Komanda onu yenisi ilə əvəzləməyə məcbur olub.

Kimi Rəykkönen 1:20.960-la birinci olub. Növbəti yerləri isə Lyuis Həmilton və Maks Ferstappen tutublar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar