Rio-2016: Azərbaycan Olimpiadada debüt edib

Rio-2016: Azərbaycan Olimpiadada debüt edib
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Rio Olimpiadasına rəsmən start verilib.

A24.az bildirir ki, Apasport.az saytının məlumatına görə, yarışa 56 atletlə yollanan Azərbaycan yığmasının heyətində ilk gündə mübarizəyə 1 idmançı qoşulub.

Bu, kamandan oxatanımız Olqa Senyukdu. Milliləşdirilmiş 25 yaşlı idmançı B qrupunda hədəf önünə keçib. O, 623 xal toplayaraq 37-ci yerdə qərarlaşıb.

Sıralama baxımından əhəmiyyət kəsb edən yarışda atletlər topladıqları xala uyğun avqustun 8-də baş tutacaq 1/32 final üçün yerlərini müəyyənləşdiriblər.

Yarışın mükafatçıları avqustun 11-də bilinəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar