Robert Koçaryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib

Robert Koçaryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib
Want create site? Find Free WordPress Themes and plugins.

 Ermənistanın sabiq prezidenti Robert Koçaryan ölkənin indiki baş naziri Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb.

Bu barədə məhkəmə informasiya sisteminin rəsmi internet saytında məlumat verilib.

Məlumata görə, R.Koçaryan şərəf və ləyaqətini ictimai böhtanlardan qorumaq məqsədi ilə məhkəməyə baş vurub.

İşə Yerevan şəhər məhkəməsində baxılacaq. Məlumatda iddiaçının N.Paşinyanın hansı ifadələrini nəzərdə tutduğu qeyd olunmayıb.

Amma Ermənistan KİV-i iddianın əsasında N.Paşinyanın Fransaya səfəri zamanı R.Koçaryanla bağlı açıqlamalarının dayandığını yazıb. //report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar