Robota insan kimi ünsiyyət saxlamağı öyrədiblər

Robota insan kimi ünsiyyət saxlamağı öyrədiblər
Want create site? Find Free WordPress Themes and plugins.

Corciya (ABŞ) Texnologiya İnstitutunun alimləri robotu adamlarla “insani” baxımdan daha təbii ünsiyyət qurmağa öyrədiblər.

Aydın məsələdir ki, adamlar nadir halda bir-biri ilə ciddi növbə gözləyərək danışırlar. Həmsöhbətlər adətən opponentin uzun çəkən pauzasında danışmağa başlayır, hətta bir-birinin sözünü kəsirlər. Tədqiqatçılar robotlarla ünsiyyəti daha adi etmək üçün insanlardan nümunə götürüblər.

Robotun insanla qarşılıqlı fəaliyyətinə ənənəvi yanaşma kommunikativ rolların dəyişməsinin növbə üzrə fəallığını təklif edir. Amerika alimləri xüsusi hazırlanmış Simon adlı robotun ünsiyyətini “insanlaşdırmaq” üçün ona iki müxtəlif davranış modeli təqdim ediblər.

Bir sosial modeldə robot daha inadcıl olub və danışan adamın sözünü belə kəsə bilib. Digərində isə əksinə, robot insan səsi eşidən kimi danışmağını dərhal dayandırıb. Simonun fiziki hərəkətlərinin müstəqilliyi, həmsöhbətinə baxması və qeyri-verbal vasitələrdən istifadə tezliyi də konkret modeldən asılı olub.

Təcrübələr göstərib ki, insanlar daha enerjili robot modeli ilə ünsiyyət zamanı oyun qaydalarını qəbul ediblər və onunla olduqca passiv davranıblar. Respondentlərdən bəziləri hətta qeyd ediblər ki, Simon özünü olduqca eqoist aparır.

Sınaqda iştirak edənlər çox da fəal olmayan robot modelinin xarakterini qapalı kimi səciyyələndiriblər. Adamlar ünsiyyət zamanı sakit Simona daha çox diqqət yetiriblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar