A24 Xeber

Roma papası ərəb ölkəsində

Roma papası ərəb ölkəsində
590
06 Dekabr 2018 - 17:13

Roma Papası Fransisk 2019-cu ilin fevral ayında Əbu-Dabi Əmirliyinin vəliəhdi şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

A24.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidmətinin rəhbəri Qreq Berk məlumat verib.

O, katolik kilsəsinin ruhani başçısının “Bəşəri qardaşlıq” mövzusunda fevralın 3-5-də keçiriləcək beynəlxalq dinlərarası görüşdə iştirak edəcəyini diqqətə çatdırıb.

Bu səfərin həmçinin BƏƏ-də yaşayan katoliklərin dəvətinə cavab olaraq həyata keçiriləcəyi də qeyd edilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00