Roma Papası Qüds məsələsindən danışdı

Roma Papası Qüds məsələsindən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Roma Papası Fransisk ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarına münasibət bildirib.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Qüdsün İsrailə “peşkəş” edilməsindən narahat olduğunu və bu vəziyyətlə bağlı susa bilməyəcəyini bildirib.

Papa həmçinin, Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı əsasında şəhərin statusuna hörmət etməyə çağırıb.

Dünyanın qlobal miqyasda gərginlik içində olduğunu dilə gətirən Papa Fransisk müqəddəs torpaqlar, Orta Şərq və bütün dünyanın təhlükəsizliyi üçün Allaha dua etdiyini bildirib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar