Ronaldo bu kluba transfer oluna bilər

Ronaldo bu kluba transfer oluna bilər
Want create site? Find Free WordPress Themes and plugins.

İspaniyanın “Real” klubunun (Madrid) hücumçusu Kriştianu Ronaldo İtaliyanın “Yuventus” klubuna (Turin) keçə bilər.

“A24.az” “Report”a istinadən xəbər verir ki, Ronaldunun İtaliya klubuna keçidi portuqaliyalının agenti Jorje Mendeşin 11 illik düşmənçilikdən sonra “Yuventus” rəhbərliyi ilə barışması sayəsində mümkün ola bilər.

O, bu həftə müdafiəçi Joau Kanselunun “Valensiya”dan “Qoca sinyora”ya keçidini təşkil edib.

İtaliya klubunun əsas transfer hədəfi “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçdir. Roma klubu onun keçidinə görə 120 mln. avro tələb edir. “Yuventus” serbiyalı futbolçunun transferindən imtina edə və həmin pulları Ronaldunun keçidinə sərf edə bilər.

KİV-in məlumatına görə, “Real” Ronaldo ilə müqavilədə dəbbə pulunu 1 milyard avrodan 120 mln. avroya endirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar