Ronalduya on il həbs cəzası verilə bilər

Ronalduya on il həbs cəzası verilə bilər
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu on il müddətinə həbs oluna bilər.

A24.az xəbər verir ki, 2009-cu ildə Ronaldunun Las-Veqasdakı gecə klublarından birində tanış olduğu amerikalı Ketrin Mayorqanı zorladığı təsdiqlənərsə, futbolçu həbs olunacaq.

İddia olunur ki, belə olarsa, o, bağladığı sponsorluq müqavilələrindən 35 milyon funt (təxminən 46 milyon dollar) itirəcək.

Artıq Las-Veqas polisi təhqiqat prosesini yeniləyib və portuqaliyalını ABŞ-da sorğu-sual etmək istəyir. Baxmayaraq, futbolçunun özü heç bir cinayət törətmədiyini bildirir. O, belə bir qızla tanış olduğunu, lakin onun cinsi əlaqəyə razılıq verdiyini vurğulayır.

Mayorqanın hüquqşünası Larisa Drohibiçerin yaydığı bəyanatda Ronaldunun suallara cavab verməsi üçün üç həftə vaxtı olduğu bildirilib:

 “Kriştianu Ronaldunun Ketrin Mayorqa işində bizim şikayətimizə cavab verməsi üçün iddia müddətindən sayılmaqla, 20 günü var”.

Həmçinin başqa bir qadının da eyni halla Ronaldudan Mayorqanın hüquqşünaslarına şikayət etdiyi bildirilir.

Qeyd edək ki, iddia olunan hadisə baş verəndə Kriştianu Ronaldu İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edirmiş.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar