Rövnəq Abdullayev AÇG-dəki neft ehtiyatlarını açıqladı

Rövnəq Abdullayev AÇG-dəki neft ehtiyatlarını açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

“Bu il sentyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsi və pay bölgüsü ilə bağlı saziş imzalanıb. Yeni “Əsrin müqaviləsi” adlanan sazişin yeni şərtlərlə imzalanması Azərbaycanın iqtisadi qüdrətini göstərir”.

A24.Az APA-ya istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti – 2017”-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda AÇG-də 550 mln. tondan artıq neft ehtiyatının olduğu müəyyən edilib: “Əminik ki, bu, yekun rəqəm deyil. Azərbaycan bu gün neft və qaz ehtiyatlarına görə dünya ictimaiyyətinin diqqətindədir”.

R. Abdullayev deyib ki, hazırda “Şahdəniz” yatağında illik təbii qaz hasilatı 9 mlrd. kubmetrə çatır: “Yatağın işlənməsinin ikinci mərhələsində isə qaz hasilatı 16 mlrd. kubmetrə çatdırılacaq. Bu qazın 6 mlrd. kubmetri Türkiyəyə, digər 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. Hazırda bu yatağın işlənməyə hazır olması ilə bağlı işlər uğurla və vaxtlı-vaxtında yerinə yetirilir”.

Dövlət şirkətinin prezidenti SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR neft emalı zavodu, “Petkim” layihələrindən də danışıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar