Rublun ucuzlaşması “Azərsun”a ziyan vurur

Rublun ucuzlaşması “Azərsun”a ziyan vurur
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada rublun və Avropada avronun digər əsas valyutalar ilə bərabər Azərbaycan manatı qarşısında da kəskin dəyərdən düşməsi Azərbaycan ixracatçılarına mənfi təsir edir.

“A24.az” “lent.az”a istinadən məlumat verir ki, “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bildirib ki, rublun ucuzlaşması holdinqin ixracının azalmasına gətirib çıxarır.

Onun sözlərinə görə, Rusiyadakı böhran bizim keçmişdə yaşadığımız böhranlardan biridir: “Xatırlasaq ki, 1998-ci ildə Rusiyada ciddi böhran olmuşdu və bu, Azərbaycanda da hiss olunurdu. Hazırda Rusiyada davam edən böhran, az da olsa Azərbaycanda hiss olunur. Təbii ki, ixrac bazarları baxımından təsir görməmək mümkün deyil. Rusiya rublunun dəyərdən düşməsi  bizim ixrac etdiyimiz malları bahalı edir, manat ilə ifadədə daha az gəlir əldə edirik. Bu baxımdan böhran və rublun məzənnəsi bizə çətinlik yaradır”

S. Uzan bildirib ki, bu gün Azərbaycanın iqtisadiyyatının güclü inkişafı və ölkənin 50 milyard dollardan artıq valyuta ehtiyatına malik olması Rusiyadakı böhranın hiss edilməməsinə imkan verir:

“Əgər vaxtında sosial-iqtisadi proqramlar həyata keçirilməsəydi, Azərbaycan bu böhranı daha dərin hiss edə bilərdi. Mən hesab edirəm ki, bu böhranı da ciddi hiss etmədən ötüşdürəcəyik”.

Qeyd edək ki, son bir ildə Rusiya rublu Azərbaycan manatı qarşısında 50%-dən çox dəyərdən düşüb. Ötən ilin yanvarında 1000 rubl 22,6 manata dəyişdirildiyi halda, bu gün 11,4 manatdır.

Ötən il Azərbaycanın bir sıra əsas ixrac mallarında azalma baş verib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, çay ixracı 30%, şəkər ixracı 9%, bitki yağları ixracı 16% azalıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar