Ruhanidən ABŞ-a "neft" təhdidi: "Bunu etsəz, nəticələrinə də qatlanacaqsınız"

Ruhanidən ABŞ-a “neft” təhdidi: “Bunu etsəz, nəticələrinə də qatlanacaqsınız”
Want create site? Find Free WordPress Themes and plugins.

İran prezidenti Həsən Ruhani ABŞ-ın İranın neft ixracın mane olacağı təqdirdə region ölkələrinin də neft ixrac etməsinin mümkün olmayacağını bildirib.

A24.Az xəbər verir ki, İran prezidentinin rəsmi saytında yer alan açıqlamaya görə, Ruhani dünən rəsmi səfərdə olduğu İsveçrədə yaşayan vətəndaşlar bir araya gəlib. Görüşdə ABŞ-ın İran neftinə dünya miqyasında həyata keçirməyə hazırlaşdığı sanksiyalara münasibət bildirib.

ABŞ-ın İranın neft ixracını tamamilə dayandırmaq istədiyini deyən Ruhani, “Bu ifadənin mənasını dərk etmirlər, çünki ABŞ rəhbərliyi İrana bir damla neft ixrac etməyəcəyik deyib. Bu bütün region neftinin ixrac edilə bilməyəcəyi mənasına gəlir. İran nefti ixrac edilməsə, regionda neft ixracatı mümkün ola bilərmi?”, – əlavə edib.

İran prezidenti, “Əgər bunu etsəniz, nəticələrinə də qatlanacaqsınız” deyərək ABŞ-ı təhdid edib.

ABŞ Prezidenti Donald Tramp 14 iyul 2015-ci ildə Avstriyanın paytaxtı Vyanada P5+1 (ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və Almaniya) ilə İran arasında imzalanan və 2016-cı il yanvarın 16-da qüvvəyə minən Əhatəli Birgə Fəaliyyət Planı adlandırılan nüvə müqaviləsindən çəkildiklərini və İrana qarşı sanksiyaların qüvvəyə minəcəyini bildirmişdi.

ABŞ rəhbərliyi müttəfiqlərini İrandan neft idaxlını noyabr ayına qədər sıfıra endirməyə məcbur edəcəyini açıqlamışdı.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar