Rus bölməsi abituriyentlərinə qarşı haqsızlıq: DİM-in ikili standatları nələrdir? - FOTOFAKT

Rus bölməsi abituriyentlərinə qarşı haqsızlıq: DİM-in ikili standatları nələrdir? – FOTOFAKT
Want create site? Find Free WordPress Themes and plugins.

Artıq 2017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları başa çatıb. 29 iyul-10 avqust tarixlərində isə qəbul imtahanlarında topladıqları ballar müsabiqə şərtlərini ödəyən abituriyentlər ixtisas seçimi etməlidir. Məlum olduğu kimi, DİM öncədən israrla elan etdiyi müsabiqə şərtlərini dəyişdi və proqnozu özünü doğrultmadı.

Təhsil eksperti Kamran Əsədov A24.Az-a açıqlamasında bildirir ki,  yeni müsabiqə şərtlərinə görə I-II-III-IV ixtisas qrupu üzrə müəyyən ali məktəblərin ixtisaslarına ümumi balı 150-dən çox olan abituriyent buraxıldı. “Belə ki, I ixtisas qrupu üzrə 30, II ixtisas qrupu üzrə 32, III ixtisas qrupu üzrə 9, IV ixtisas qrupu üzrə 9 ixtisasa 150 bal toplayan abituriyentlərə icazə verilir ki, elektron ərizə təqdim etsinlər. 

Kamran Əsədov adlı şəxsin şəkli.
Lakin bu yalnız Azərbaycan bölməsinin abituriyentlərinə şamil olunur. 

Halbuki, DİM özünün 20 iyulda çap etdirdiyi və abituriyentlərin ixtisas seçimi etdiyi abituriyent 4 jurnalının rus bölməsi üzrə olanının səhifə 2 və 3-də rus bölməsinin abituriyentləri üçün də bu universitetlərin adını, ixtisasını qeyd edib. Lakin abituriyent 4-ün əvvəlində cədvəldə rus bölməsinin abituriyentlərinə də seçim imkanı verildiyi göstərilsə də, jurnalın içində belə universitet və ixtisaslar yoxdur. Yalnız Rus bölməsi I ixtisas qrupda 8, II ixtisas qrupunda 7 ixtisası seçə bilər. Lakin III və IV qrupların 150 bal toplayan abituriyentlər üçün heç bir ixtisas seçimi yoxdur. Baxmayaraq ki, abituriyen 4 jurnalının əvvəlində bu qeyd olunur”.

Ekspert bildiri ki,  Azərbaycan bölməsinin 150 bal toplayan abituriyentləri IV qrup üzrə 80-ə yaxın ixtisas seçimi edə bildiyi halda rus bölməsi yalnız IV qrup üzrə 15 ixtisas seçimi edə bilər. “Rus bölməsi III və IV qrup isə 150 balla heç bir seçim edə bilmir. Hesab edirəm ki, 150 balla ixtisas seçimi edilməyə icazə verilən ixtisaslara necə ki, bal məhdudiyyəti tətbiq olunmur, vəziyyətdən çıxış yolu kimi bölmə məhdudiyyət qoyulmamalıdır və ya rus bölməsi üzrə də abituriyentlərin ixtisas seçimi edə biləcəyi yerlər açmaq lazımdır”.

Kamran Əsədov adlı şəxsin şəkli.

Kamran Əsədov adlı şəxsin şəkli.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar