Rus ordusu Suriyada qalası oldu

Rus ordusu Suriyada qalası oldu
Want create site? Find Free WordPress Themes and plugins.

“İŞİD məhv edildikdən sonra rus ordusunun bir hissəsi Suriyada qalacaq”.

A24.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müşaviri Oleq Sıromolotov deyib.

Nazir müşaviri əlavə edib ki, Xmeymim və Tartusda yerləşdirilən rus ordusunun taleyi, vəziyyətə görə, dəyişəcək.

“Orada iki bazamız var. Çox güman ki, həmin bazalar olduğu kimi qalacaq. Hansı formada qalacağını isə bilmirəm. Mən müdafiə naziri deyiləm. Bunu ondan soruşsanız daha doğru olar”.

Nazir müşavirinin sözlərinə gör,  hazırda Suriya torpaqlarının 10 %-nə İŞİD nəzarət edir. Bundan başqa, Nusra cəbhəsi də fəaliyyətini davam etdirir. Müstəqil fəaliyyət göstərən silahlı birləşmələr də var.

“Tez-tez gözlənilməz oyunçular meydana daxil olur. Bu oyunçular əvvələr yox idi. Sonradan ortaya çıxdı və bu səbəbdən vəziyyət dəyişdi”- deyə Sıromolotov vurğulayıb.

Nazir köməkçisi bölgədə həyata keçirilən referendumu misal göstərərək, kürdlərin necə mövqe sərgiləyəcəklərinin qeyri-müəyyən olduğunu bildirib.

“Bu səbəbdən rus ordusunun Suriyadan  çıxması üçün dəqiq bir vaxt demək mənasızdır”.

Nərmin Kərim, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar