Rusiya atletləri Rio Olimpiadasına buraxılmaya bilər – VİDEO

Rusiya atletləri Rio Olimpiadasına buraxılmaya bilər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Cenevrədə Beynəlxalq Antidopinq Agentliyinin (WADA) Rusiya atletlərinin dopinqdən istifadə etməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

“A24.az” bildirir ki, Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, müstəqil komissiya bu ölkənin idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılmasını tələb edib.

Əgər bu tələb qəbul edilsə, şimal qonşularımızı təmsil edən atletlər Beynəlxalq Atletizm Federasiyaları Assosiasiyasının (İAAF) bayrağı altındakı bütün yarışlardan, həmçinin 2016-cı ildə Braziliyada baş tutacaq Olimpiya Oyunlarından kənarda qalacaq.

Bundan əlavə, WADA Moskvada yerləşən laboratoriyaların işlərinin dayandırılmasını, rəhbərliklərin qovulmasını, həmçinin Rusiya Antidopinq Agentliyinin beynəlxalq kodekslərə uyğun gəlmədiyinin elan olunmasını tələb edib.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=87gLGhu8hRA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar