Rusiya dopinq iddialarını əsassız adlandırıb

Rusiya dopinq iddialarını əsassız adlandırıb
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya idmançıların dopinqdən geniş şəkildə istifadə etməsi və bunun ört-basdır edilməsi səylərinə dair iddiaları əsassız adlandıraraq anti-dopinq agentliyi və Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına ciddi şəkildə əməl edildiyində təkid edib. 

a24.az” “Amerikanın səsi”nə istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov iddiaları sübut etmək üçün dəlillərin təqdim edilmədiyini bildirib.

Bazar günü Ümumdünya Antidopinq  Agentliyinin komissiyasının açıqladığı hesabatda Rusiya idmançıları, məşqçilər, həkimlər, milli  antidopinq agentliyi və 2014-cü ildə Soçi Olimpiya oyunları üçün dopinq testlərinin nəticələrini təqdim edən  Moskvadakı laboratoriya da daxil olmaqla bir sıra təsisatların pozuntularda iştirark etdiyini bildlirib.

Ümumdünya Antidopinq  Agentliyinin hesabatında Beynəlxalq Olimpiya Komitəsi və Yüngül Atletika Federasiyaları Beynəlxalq Assosiasiyasına Rusiya idmançılarının yarışlarda iştirakına qadağa qoymasını tövsiyə edib.

Yüngül Atletika Federasiyaları Beynəlxalq Assosiasiyasının rəhbəri Sebastian Koe Rusiyaya bu iddiaları ünvanlamaq üçün bu həftənin sonuna qədər vaxt verib.

Hesabat Ümumdünya Antidopinq  Agentliyinin komissiyasının apardığı 10 aylıq təhqiqatın nəticəsidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar