Rusiya Dövlət Duması bu sazişi ratifikasiya edib

Rusiya Dövlət Duması bu sazişi ratifikasiya edib
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Dövlət Duması Xəzər dənizinin bioresurslarının qorunmasına dair sazişin  ratifikasiyası haqqında qanun qəbul edib.

a24.az” bildirir ki, APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, 2014-cü ilin sentyabrında Rusiyanın Həştərxan şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri Xəzər dənizinin bioloji ehtiyatlarını qorunması və səmərəli istifadə olunması haqqında saziş imzalayıblar.

Qeyd edək ki, hazırda Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığı adı çəkilən dövlətlərin səlahiyyətli nümayəndələrinin 1992-ci ilin 23 dekabr tarixli iclasında qəbul olunan protokol  əsasında həyata keçirilir. O zaman yaradılmış Xəzər dənizinin bioresurslarına dair hökumətlərarası komissiya hazırda Xəzər dənizinin bioloji ehtiyatlarının idarə olunması üzrə yeganə fəaliyyət göstərən mexanizm hesab edilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar