Rusiya ən sərt formada təzyiqə başladı - Nə olur, olsun Azərbaycan müharibə etməsin

Rusiya ən sərt formada təzyiqə başladı – Nə olur, olsun Azərbaycan müharibə etməsin
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın hər yolla Ermənistana dəstək nümayiş etdirdiyi bir vaxtda prezidentlərin görüşünün hansı nəticə verəcəyi müzakirə  mövzusuna çevrilib.

Görüşün payızda baş tutacağı deyilsə də hələlik dəqiq vaxt məlum deyil. Politoloq Fikrət Sadıqov A24.Az-a təşkilatçısının Rusiya olacağı Azərbaycan və Ermənistan prezidentlərinin birgə görüşünü şərh edib.

Politoloqun görüşdən  gözləntiləri heç də ümidverici deyil:

“Minsk qrupu tərəfindən yeni təklif və təşəbbüs irəli sürülməzsə görüşün heç bir nəticəsi olmayacaq Çünki biz artıq bütün mərhələlərdən keçmişik. Biz torpaqlarımızı azad etməyə hazırıq, bunu artıq təcrübədə də göstərmişik. Lakin ABŞ və Fransada yeni prezidentlərin seçilməsi, dövlət başçımıza məktublarında ümidverici bəyanatlar, ifadələr söyləmələri hər hansı bir təşəbbüsün irəli sürüləcəyini düşünməmizə əsas verir. Onlar çox istərdi ki, Azərbaycanla münasibətlərini inkişaf etdirsin. Lakin  bu o demək deyil ki, onlar Ermənistandan üz döndərəcək. Amma Azərbaycanın maraqlarını da qabarıq şəkildə dərk etməlidirlər. Əsas odur ki, Ermənistana müəyyən təzyiqlər göstərilsin. Və bunun əsasında torpaqların azad olunması prosesinə başlanılsın. O zaman biz hər hansı bir nəticəyə gələ bilərik. Onlar bunu yaxşı başa düşür”- deyə politoloq bildirib.

Fikrət Sadıqov Rusiyanın Ermənistana göstərdiyi dəstək mövzusuna da toxunub. Deyib ki, Rusiyanın əsas marağı bu məsələdə Ermənistanın burnunun belə qanamaması yönündədir.

“Çünki bunu Ermənistanın özü də etriaf edir ki, Azərbaycanla üz-üzə gəlmək onların xeyrinə olmayacaq. Ona görə də Rusiya nazirləri, ölkə başçılarını görüşdürüb kompramisə  gəlməyə çalışır.  Aydın məsələdir ki, bizim mövqeyimiz prinsipial və barışmazdır. Bizim torpaqlarımız azad olunmayana qədər heç bir güzəştə getməyəcəyik. Bunu dəfələrlə dövlət başçısı bəyan edib. Onlar çalışır ya nazirlər ya da dövlət başçıları səviyyəsində görüşlər təşkil etsin, hansısa diplomatik yolla məsələni həll etsin. Amma yeni bir təklif edilməzsə bu mümkün olmayacaq”.

Nərmin Kərim, A24.Az 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar