Rusiya Ermənistanı himayəsinə götürdü - Qarabağda kiminlə döyüşəcəyik? - Ekspertdən AÇIQLAMA

Rusiya Ermənistanı himayəsinə götürdü – Qarabağda kiminlə döyüşəcəyik? – Ekspertdən AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib.

Rusiyanın düşmən ölkə ilə belə bir qoşun yaratması ciddi narahatlıq doğurub.

Politoloq Arzu Nağıyev mövzunu A24.Az-a şərh edib:

“Bu, bizim üçün yenilik deyil. Bu məsələ bir müddətdir ki, davam edir. Biz buna çoxdan hazırıq. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” tərkibində Rusiya və Ermənistan münasibətlərinin hərbi cəhətdən möhkəmləndirilir. Bu birləşmiş ordunun yaranması Ermənistan hava məkanının qorunması üçün nəzərdə tutulub.

Düşünürəm ki, belə bir birləşmənin yaradılması ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Dağlıq Qarabağ məsələsində təzyiq mexanizminə çevrilə bilər. Lakin bu o demək deyil ki, həmin qoşunlar Dağlıq Qarabağ münaqişəsinə birbaşa müdaxilə edə bilərlər. Amma istənilən halda bu, regionda balansın pozulmasına gətirib çıxaraq.

Rusiya belə addımları atmaqla guya, özünü NATO-dan qoruyur, özünün nüfuzunu artırmağa çalışır. Rusiyanın bu addımları artdıqca Qərbin sanksiyaları da artmaqda davam edəcək”.

Xəyalə Büntayova // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar