A24 Xeber

Rusiya gəmisi ABŞ-ın sanksiyalarına görə Cənubi Koreyada saxlanıldı

Rusiya gəmisi ABŞ-ın sanksiyalarına görə Cənubi Koreyada saxlanıldı
831 oxunma
29 Sentyabr 2018 - 11:54

 Rusiya gəmisi Cənubi Koreyada saxlanılıb. 

A24.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Vladivostokdakı Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyanın (ITF) müfəttişi Pyotr Osiçanski məlumat verib.

Onun sözlərinə görə, “Qudzon” şirkətinə məxsus “Sevastopol” yük gəmisinin saxlanılmasına səbəb ABŞ-ın onun sahibinə qarşı tətbiq etdiyi sanksiyalar ola bilər.

“Məndə olan məlumata görə, gəminin saxlanılmasına səbəb sanksiyalardır. Bu gün şirkət Koreya dilində məktub alıb. Məktubda deyilir ki, gəmi həbs olunmayıb, sadəcə, araşdırma müddətinə müvəqqəti saxlanılıb”, – P.Osiçanski deyib.

Müffətiş bildirib ki, vəziyyətlə bağlı Rusiyanın Pusandakı konsulu məlumatlandırılıb.

A24.Az

ÇOX BAXILAN FOTOLAR