Rusiya gündəminə damğa vuran azərbaycanlılar- FOTOLAR - VİDEO

Rusiya gündəminə damğa vuran azərbaycanlılar- FOTOLAR- VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Yəqinki öz canı bahasına 4 rus körpəni ölümdən xilas edən azərbaycanlı polis  haqqında eşitmiş olarsınız. Eşitməyənlər üçün  bir daha deyək ki, Rusiya Yol-Patrul Xidmətinin əməkdaşı, soydaşımız Baxış Kərimov Sverdlovsk vilayətində dörd uşağı yanğından xilas edib.

İşdən qayıdan YPX əməkdaşı yolunun üstündəki evdə yanğın başladığını görüb və yanğınsöndürənləri hadisə yerinə çağırıb. Yanğınsöndürənlər gələnədək Baxış Kərimov tüstü dolu evə girərək dörd uşağı və valideynlərini xilas edib.

Günlərdir yerli media bunu müzakirə edir. Elə rus mediası da… Hazır Rusiya mediasının  gündəmindən söz düşmüşkən deyək ki, tarix boyu azərbaycanlılar qonşu  ölkə mətbuatına mövzu ola biliblər. Bəziləri indi də diqqət mərkəzindədir. Kimiləri pis kimiləri yaxşı mənada xatırlanır.

Məsələn, 1969-cu il Sovet- Çin Damansk qarşıdurmasında qəhrəmancasına həlak olan  Tofiq Abbasov şücaətini yadda qalmaq və medianın dilinə düşmək üçün etməmişdi. O vaxt Dəvəçidən hərbi xidmətə çağrılan Abbasov, Nijne-Mixaylovsk zastavası ilə qonşu zastavada qulluq edib və Damanska gətirilən köməkçi dəstənin tərkibində olub. Həmyerlimizin qulluq etdiyi hərbi hissənin komandiri G.Morozovun T.Abbasovun valideynlərinə göndərdiyi məktubda deyilirdi:

“Sizin oğlunuz döyüşdə xüsusi qəhrəmanlıq göstərmişdir. O, pulemyotçu idi. Maoçular Tofiqgilin susmaq bilməyən pulemyotunu toplardan atəşə tutmuşdular. Tofiq çiynindən və sinəsindən yaralansa da, döyüşü tərk etməmişdi. Xain düşmənin top mərmisi düz onların olduqları yerə düşdü. Tofiq dörd döyüş dostu ilə həlak oldu”.

Orxan Zeynalov

Tofiq Abbasovdan fərqli olaraq Orxan Zeynalov yaxşı xatırlanmır. Zeynalov 2013-cü il oktyabrın 10-da Moskva ətrafındakı Biryulevo sakini Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində qətl törətməkdə ittiham olunur. O, istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı onun qətli törətdiyi iddia olunub. Orxan Zeynalov Moskva şəhər Məhkəməsinin qərarı ilə qətldə günahkar bilinərək, 17 il azadlıqdan məhrum edilib.

Telman İsmayılov

Rusiya iqtisadiyyatını zirvələrə qaldıran lakin elə rusların əli ilə də “vurulan” oliqarx. Azərbaycanlı biznesmen Moskvada oxuyub və burada məskunlaşıb. 2009-cu ildə “AST Telman” ilk dəfə Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına düşüb. “Forbes” həmin vaxt üçün onun sərvətini 600 milyon dollar qiymətləndirib. İsmayılov biznesin müxtəlif sahələri ilə məşğul olsa da əsas gəlir mənbəyi Çerkizov bazarından olub. Çerkizov  bazarını dəfələrlə bağlamaq istəyiblər. Prokurorluq bazarın yerləşdiyi ərazinin icarəyə verilməsi barədə müqavilənin pozulmasına dair iddianı dəfələrlə udub, ancaq bazar işləməkdə davam edib. 2009-cu il iyunun 1-də o vaxtkı baş nazir Vladimir Putin hökumətin iclasında gömrükçüləri sərt tənqid edəndən sonra vəziyyət dəyişdi. 2009-cu il iyunun sonunda Çerkizov bazarı sanitar normaların pozulmasına görə müvəqqəti bağlandı. Daha sonra Federal Miqrasiya Xidməti bazarda yüzlərlə qeyri-leqal miqrant aşkar etdi. Bazarın ərazisinin icarə müqaviləsi ləğv olundu, binası söküldü. Rusiyada azərbaycanlı oliqarxa qarşı qəflətən fərqli münasibət göstərilməyə başlanıldı. Bütün bunlar oliqarxın Antalyada tikdirdiyi luks otellə əlaqələndirilir. Telman İsmayılovun Türkiyə iqtisadiyyatına xeyir verməyi Rusiyanın xoşuna gəlməyib. Bundan sonra İsmayılov uçuruma doğru getməyə başlayıb. Zaman -zaman özünü başqa sahələrdə də sınamağa çalışsa da heç nə onu müflisləşməkdən xilas edə biməyib.

Image result for AST Telman

İntiqam və Ehtiram qardaşları

Toyların birində səsləndirdikləri “Ti kto takoy?, davay, do svidaniya” meyxanası ilə soraqları Rusiyaya qədər gedib çatdı.  Bir neçə gün ərzində meyxana internetdə izlənmə rekordları qırırdı. Qardaşlar tez-tez rus telekanallarına qonaq qismində çağrılır, saytlar onlar haqqında xəbər yazırdı. Meyxananı məşhur rusiyalı repçi Timati də səsləndirmişdi. İntiqam və Ehtiram qardaşları uzun müddət Rusiya gündəmində qalmağı bacardılar.

Anar Allahverənov

1992-ci ildə Amurskda doğulan Anar rusiyalı dünya çempionu Andreyi öldürməkdə təqsirli bilinir. Allahverənov 120 kiloqram çəki dərəcəsində olan dünya çempionunu bir zərbə ilə yerə sərib, öldürmüşdü.  Anar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-cü hissəsi (“Xuliqanlıq niyyətilə qəsdən adam öldürmə”) maddəsi ilə azadlıqdan məhrum edilib.

Rövşən Lənkəranski

Caniyev Rövşən Rafiq oğlu yəni məşhur “Vor zakon” Rövşən Lənkəranski. Rusiyada böyükdən kiçiyə onu hər kəs tanıyır. Öldüyü deyilsə də  Rusiyada media orqanları onu hələ də xəbər edirlər. Lənkəranski Moskvada qısa zamanərzində  azərbaycanlı avtoritetlər arasında nüfuz, eləcə də, iki ən böyük düşmənini qazanır. 2010-cu ildə nüfuzlu “vorzakon” Ded Xasanın qətli kriminal aləmdə şok effekti yaradır. Qətlin sifarişçisi kimi isə Lənkəranskinin adı hallanır və həmin qətldən sonra Rövşənə qarşı 2 sui-qəsd xəbəri yayılır. 2012-ci ildə Dubayda 3 bıçaq yarasından, 2013-cü ildə isə Türkiyədəki sui-qəsd cəhdindən sağ qurtula bilir. Ona qarşı həyata keçirilən sonuncu sui qəsd isə 2016-cı ilin avqustunda, İstanbulda baş tutur.  Barbaros bulvarındakı Yıldız prospektində oteldən çıxarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalır. O, 20-ə yaxın güllə yarası ilə İstanbulun Florence Nightingale Xəstəxanasına aparılır və orada da dünyasını dəyişir.

Lotu Hikmət ( Sabirabadlı Hikmət Muxtarov)

SSRİ-də sayılıb-seçilən klassik “Vor”lardan biri olub.  “XX əsrin ən məşhur oğruları” kitabında yer alıb. Hikmətə “oğru” adının verilməsində Lotu Bəxtiyarın böyük rolu olub.  Deyilənə görə, taclandırma mərasimində bircə nəfər də Hikmətin namizədliyinə qarşı çıxmayıb. Hətta erməni oğru Sako belə heç bir tərəddüdsüz Bəxtiyarla razılaşıb.

Hikmət klassik “qanuni oğrular” nəslindən idi. Onun keçmiş SSRİ-nin əksər kriminal avtoritetləri ilə münasibətləri vardı. Hətta onların çoxuna təsir imkanları da böyük idi.  Bu münasibətlər arasında Vyaçeslav İvankov – “Yaponçik”lə olan dostluğu xüsusi qeyd etmək olar. İvankovla Hikmətin münasibətlərinin yaxşı olmasının bir səbəbi də onların keçmiş SSRİ-nin erməni və kürd qanuni oğrularıyla olan düşmənçiliyi idi. Ded Xasanın rəhbəri olduğu kürd klanının təsir dairəsinin qarşısını “Yaponçik”lə Hikmətin birliyi ala bilirdi. Hikmət və “Yaponçik” öldürüləndən sonra Ded Xasan klanı keçmiş SSRİ-də yeganə kriminal güc mərkəzinə çevrilmişdi. Lotu Hikmət 2006-cı il aprelin 7-də Leninqradda öldürülüb.  Qatillər Hikmət maşınına minmək istəyərkən , atəş açıblar. Lotu Hikmətin meyiti aprelin 11-də təyyarə  Bakıya ordan da doğulduğu  Sabirabad rayonunun Kürkəndi kəndinə gətirilib və buradakı qəbiristanlıqda dəfn edilib. Hikmətin dəfninə Rusiyadan çox sayda insan gəlib. Hətta dəfninə gedən avtomobil karvanı da diqqətlərdən

Nərmin Kərim, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Araşdırma, Foto xəbər, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar