Rusiya hərbi qüvvələrini Suriyadan çıxartmaq haqda əmr aldı

Rusiya hərbi qüvvələrini Suriyadan çıxartmaq haqda əmr aldı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putin martın 15-dən ölkənin əsas qüvvələrinin Suriyadan çıxarılmasına əmr edib.

Bu barədə “a24.az” TASS agentliyinə istinadən xəbər verir.

“Hesab edirəm ki, Müdafiə Nazirliyinin qarşısında qoyulan məqsədlər yerinə yetirilib, ona görə də sabahdan bizim hərbi qruplaşmamızın əsas hissəsinin Suriya Ərəb Respublikasından çıxarılmasının başlamasına əmr edirəm”, – deyə ölkə başçısı xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib.

Putin həmçinin ümid edir ki, Rusiya qoşunlarının Suriyadan çıxarılması ölkənin siyasi qüvvələrinin danışıqlar prosesi üçün yaxşı stimul olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar