Rusiya hökuməti messencerlərdən istifadə ilə bağlı qərar verəcək

Rusiya hökuməti messencerlərdən istifadə ilə bağlı qərar verəcək
Want create site? Find Free WordPress Themes and plugins.

İnformasiya siyasəti üzrə Rusiya Dövlət Dumasının komitəsi messencerlərdə anonimliyin qadağan edilməsi barədə qanunun ikinci oxunuşda qəbul edilməsini təklif edib.

“A24.az”ın məlumatına görə, sənədə edilən 7 dəyişiklikdən birinə əsasən messencerlər hökumət tərəfindən müəyyən olunan hallarda istifadəçilərin elektron ismarışlarını göndərməyəcəklər.

Sənəddə bunun hansı hallarda həyata keçiriləcəyi dəqiqiləşdirilməyib.

İnformasiya siyasəti üzrə komitədən BBC-ə verilən açıqlamada hökumətin konkret hallarla bağlı qərar çıxara biləcəyi bildirilib.

O, bunu mitinqlərin keçirilməsinin məhdudlaşdırılması və futbol üzrə Konfederasiya Kuboku üzrə yarış zamanı spirtli içkinin satışıyla müqayisə edib.

Qalan hallarda isə belə fəaliyyətlərə qanunvericilik qadağaları yoxdur.

Dövlət Dumasının profil komitəsinin nümayəndəsi Leonid Levin BBC-yə müsahibəsində söhbətin qanuna zidd məzmunlu kütləvi materialların, xüsuslə spamların ötürülməsindən getdiyini bildirib.

Onun sözlərinə görə, hökumət spamın hüquqi tərəflərini müəyyən etməlidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar