Rusiya icarəyə götürdüyü Baykonurun bir hissəsini Qazaxıstana qaytardı

Rusiya icarəyə götürdüyü Baykonurun bir hissəsini Qazaxıstana qaytardı
Want create site? Find Free WordPress Themes and plugins.

 Rusiya icarəyə götürdüyü Baykonur kosmodromunun bir hissəsini Qazaxıstan hakimiyyətinə qaytarıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, bu barədə noyabrın 14-də Qazaxıstan Müdafiə və Aerokosmik Sənayesi Nazirliyinin saytında məlumat yayılıb.

Rusiya kosmodromun 11,6 min hektarını geri qaytarıb.

Qeyd edək ki, Rusiya Baykonur kosmodromunun icarəyə götürülməsi ilə bağlı 1994-cü ildə Qazaxıstanla müqavilə imzalayıb. Rəsmi Moskva kosmodroma ildə 115 milyon dollar icarə pulu ödəyir, onun istismarına isə, təxminən,  200 milyon dollar xərcləyir. 2004-cü ildə kosmodromun icarəsi 2050-ci ilədək uzadılıb. 2010-cu ildə Qazaxıstan 4 il üçün yeni kosmik proqram tərtib edib. Həmin proqramda Baykonurun bütövlükdə tədricən Qazaxıstana təhvil verilməsi nəzərdə tutulub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar