Rusiya ordusunu Suriyadan çıxarır – FOTO

Rusiya Suriyadakı hərbi qüvvələrinin sayını azaltmağa qərar verib. A24.Az xəbər verir ki, bu barədə Rusiya ordusunun baş qərargah rəisi Valeri Qerasimov bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin qərarına əsasən bu ölkədəki hərbi qüvvələrin sayının azladılmasına başladılıb.

Qerasimov onu da əlavə edib ki, qərar çərçivəsində ilk olaraq Admiral Kuznetsov təyyarə gəmisi bölgədən ayrılacaq. Rusiyanın Suriyadakı hərbi qüvvələrinə rəhbərlik edən Andrey Kartapolov Admiral Kuznetsov gəmisinin Suriya sahillərində olduğu iki ay ərzində 1252 hədəfə 420 uçuş həyata keçirdiyini bildirib.

Valdimir Putin 30 dekabrda Türkiyə və Rusiyanın zəmanəti ilə başlayan atəşkəsdən sonra Suriyadakı rus hərbi qüvvələinin azaldılmasını tələb edib.

1301314019_1

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR