Rusiya təyyarəsini İŞİD-in məhv etməsi haqda məlumat yayılıb - VİDEO

Rusiya təyyarəsini İŞİD-in məhv etməsi haqda məlumat yayılıb – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ xüsusi xidmət orqanları Misirdə qəzaya uğradığı hesab edilən Rusiya təyyarəsinin İŞİD tərəfindən məhv edilməsi versiyasını daha üstün tuturlar.

“A24.az”ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı ABŞ kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbə qeyd edir ki, ABŞ xüsusi xidmət orqanları tərəfindən faciə ilə əlaqədar hələ ki heç bir formal rəy elan edilməyib.

Qeyd edək ki, Rusiya XİN-i bundan əvvəl hadisənin səbəblərinə dair vaxtından əvvəl, tələsik versiyalar irəli sürməməyə çağırıb.

Xatırladaq  ki, qəza baş verdiyi gün, mətbuatda İŞİD-in faciə ilə əlaqəli olduğu barədə məlumatlar yayılmışdı, lakin bu məlumatlar rəsmi qurumlar tərəfindən dəfələrlə təkzib edilib.

“A24.az” təyyarənin düşmə anını videoda təqdim edir:

https://www.youtube.com/watch?v=Gcuf5u_bjfg

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar