Rusiya Trampı ƏXLAQSIZ görüntüləri ilə şantaj edir

Rusiya Trampı ƏXLAQSIZ görüntüləri ilə şantaj edir
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp 2013-ci ildə Dünya Gözəllik Müsabiqəsində iştirak etmək üçün  Moskvaya gedib. A24.Az xəbər verir ki, Trampın Moskvada olarkən oteldə əxlaqsız qadınlarla cinsi əlaqəyə girdiyi və görüntülərin rus kəşfiyyatının əlinə keçdiyi iddia edilir.

trump_1010

 

“Buzzfeed” tərəfindən yyımlanan 35 səhifəlik sənəddə, Rusiyanın Trampı təsiri altına almaq üçün illərdir iqtisadi və siyasi iş apardığı qeyd olunur. Bu dövr ərzində rus kəşfiyyatı ABŞ-nın əmlak milyarderi Donald Trampın şəxsiyyəti, iqtisadi vəziyyəti, şəxsi ambisiya və cinsi həyatı barədə ətraflı məlumat toplayıb. Sənədlərdə, Trampın 2013-ci ildə Moskvada oteldə əxlaqsız qadınlarla cinsi əlaqəyə girdiyini ortaya çıxaran bir kaset olduğu bildirilir. 2016-ci ildəki seçki kampaniyası dövründə Rusiya rəsmiləri ilə Tramp qrupu arasında dəfələrlə görüşlər keçirildiyi bildirilir. Sözügedən görüşlərdə iki tərəfin xeyrinə ola biləcək məlumatların mübadilə edildiyi irəli sürülür. Ancaq “Buzzfeed” tərəfindən yayımlanan sənədlərdə ciddi səhvlər var.

Digər tərəfdən, ortaya çıxan bu xəbərlərin ardınca həm Donald Tramp həm də Kreml həmin iddiaları təkzib edib. Tramp Twitter səhifəsindən; “Saxta xəbərlərlə “cadugər ovu” edirlər” fikrini paylaşıb.

trump_8054

 

İddiaların Rusiya-ABŞ münasibətlərinə zərər vermək üçün irəli sürüldüyünü bildirən Kreml rəsmisi Peskov isə, “Vəzifə müddəti bitən  Ağ Ev rəhbərliyi, gedərkən iki ölkə arasındakı münasibətləri gərginləşdirmək istəyib. Bununla bağlı açıqlamalar həqiqəti əks etdirmir. Kremlin əlində Trampla bağlı həssas məlumatlar yoxdur” deyə bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar