Rusiya xalqı hansı ölkələri özünə düşmən bilir? - SORĞU

Rusiya xalqı hansı ölkələri özünə düşmən bilir? – SORĞU
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada aparılan sorğu zamanı xalqın 3-də iki hissəsinin Rusiyanın düşmənləri olduğuna inandığını göstərib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Levadanın anketinə görə, ABŞ, Ukrayna və Avropa ilk 3 yeri tutur.

Ankara ilə Moskva arasında münasibətlər düzəldiyi üçün  daha əvvəllər buna bənzər sorğular zamanı düşmən namizədlər arasında Türkiyə olsa da, bu dəfə anketa daxil edilməyib. Qeyd edək ki, 1,5 il bundan əvvəl aparılan sorğuda Türkiyəni 5 düşmn ölkə arasında görənlər 29 faiz çıxmışdı.

“Terkrus.com”un xəbərinə görə, sorğuda iştirak edənlərin 23 faizi Rusiyanın dörd bir tərəfinin düşmənlərlə əhatələndiyini düşünür. Belə ki, Rusiyanın düşmənləri sırasında 66 faiz səs çoxluğu ilə ABŞ, 29 faizlə Ukrayna, 14 faizlə Avropa yer tutub.

Lakin Rusiyanın düşmənlərinin siyahısı bununla bitməyib. Polşa 8 faiz, Almaniya, NATO və İngiltərə 6 faiz, İŞİD 5, Orta Şərq ölkələri 4 faizlə siyahıda yer alıb.

Qazaxıstan, Çin, Hindistan, Ermənistan, Kuba və Suriyanın adı isə Rusiyaya dost olan ölkələrin sırasında çəkilib.

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar